 |
. |
Son günlərdə Ermənilərə aiyd olduğu iddia olunan, ancaq onlarla əlaqəsi olmayan kilsələr YUNESCO-da qorunan abidələr listəsinə artırılıb. Bununla birlikdə, Təbrizin Ərk Qalasi dağıtılır, Urmuda bələdiyə binasının qorunmuş alani pozulur, Zənganda Sultaniyə Günbəzi sökülür, Ərdəbildə Səfiyəddin Ərdəbili məqbərəsi sökülür, Təbrizdə Səttarxanın Evi sökülür, Miyanada Qız Körpüsü sökülür, Kəleybərdə Baybək qalasi sökülür, Təbrizdə Yanqın Söndürmək idarəsinin minarəsinə verilən qorunmuş alan pozulur, Təbrizdə Göy Məçid və qorunmuş alani pozulur, Təbrizdə Samavarçı bazarın dağıtıblar, Təbrizin dünyada tək olan üstörtülü bazarın dağıtırlar, Təbrizdə geniş çapda yer alan Şamqazan bölgəsi təp-çövür olur və tarixdən silinir v.s. Bunların çoxu əsrlər Azərbaycani təmsil edə biləcək qədər tarix və dəyərə sahib olan abidələrdirlər. Hələ bunlar bizim bildigimizlərdən bir azıdırlar, daha çox abidələrimiz vardır ki listələrdə olmadıqlari üçün dağılmalarından kiminsə xəbəri olmaiyb və olmayacaqda! BayBak önəribdir ki tarixi varlıqlarınmızın listəsin yaratmağ üçün geniş bir çaba başlamalıdır. Bunda milli fəallar özən verməlidirlər. |