Suriya prezidenti Bəşar Əl-Əsəd Türkiyənin baş naziri ilə görüşəcək
![]() |
. | Bu gün Suriya prezidenti Bəşar Əl-Əsədlə Türkiyənin baş naziri Rəcəb Təyyip Ərdoğan Türkiyənin sahil şəhərində görüş keçirməlidir.
Bildirildiyinə görə, müzakirələr regional sülh səylərinə həsr ediləcək. Türkiyə, İsrail və Suriya arasındakı müzakirələrə vasitəçilik edir. Danışıqlar İsrailin 1967-ci ildə zəbt etdiyi Qolan təpələri ilə bağlıdır. |







